Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76259
az

Rəşad Dağlını "tavana" otuzdurmaq istəyibmiş - QƏTLİN GİZLİ MƏQAMI

23:0810 Noyabr, 2022
3877
KRİMİNAL
  • A

Qətlə yetirilmiş narkobaron Rəşad Dağlını “tavana” otuzdurub 3000 manat almaq istəyirmiş. Qətlin yeni təfərrüatı üzə çıxıb.

Oxu24.com xəbər  verir  ki, Rəşad Dağlı və qətlə yetirilən İskəndər Mehdiyev arasında münaqişəyə narkotik satanlarla bağlı meyxananın, daha dəqiqi, bu meyxanaya görə ikincinin söyüş söyməsinin səbəb olduğu bildirilsə də, əslində onların arasında münasibətlər bu olaya qədər gərginləşib.

Məlumatlı mənbənin bildirdiyinə görə, uzun illərdir dostluq edən Rəşad və İskəndərin münasibəti pul məsələsinə görə korlanıb. Belə ki, qətldən bir neçə gün öncə İskəndər Rəşaddan 3 min manat pul istəyib. Hətta İskəndərin bu istəyini xahiş yox, tələb kimi irəli sürdüyü və son günlər bu tələbi bir neçə dəfə səsləndirdiyi bildirilir. Rəşadın ona hər dəfə “yox” cavabı verməsi isə İskəndərin xoşuna gəlməyib.

“Pressklub”a danışan mənbə onu da bildirdi ki, bundan sonra İskəndər Rəşadın narkotik satanlarla bağlı meyxanasına “ilişib” və onun ünvanına söyüş söyub. Bu isə Rəşadı təbdən çıxaran “son damla” olub və o, İskəndəri qətlə yetirib.

Qeyd edək ki, bu hadisədən sonra tərəflər münasibətlərini aydınlaşdırmaq üçün görüşüblər. Aralarında yaranan mübahisə zamanı Rəşad İskəndərin müxtəlif bədən  nahiyəsinə 14 bıçaq zərbəsi vurub. Nəticədə o, ölüb. Qətli törədən Rəşad Dağlı isə könüllü Yasamal polisinə gələrək təslim olub.

Xatırladaq ki, İskəndər Mehtiyev 15 gün əvvəl həbsdən çıxıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunaraq, həbs edilib.

İ.Mehdiyevin digər məşhur meyxana ustası Ələkbər Yasamallının dayısı oğlu olduğu bildirilir.

Hazırda onun qətli ilə bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı
Müsavat itkin düşmüş fəalı öldürülüb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı