Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75657
az

Dəm qazından boğulma hallarının qarşısı necə alınmalıdır? - “Azəriqaz” rəsmisi AÇIQLADI

20:0902 Noyabr, 2022
102
  • A

"Bəzən deyirlər ki, qaza nəsə qatılır və dəm qazı ilə bağlı problemlər yaranır. Lakin bu belə deyil, dəm qazı yalnız təbii qazın yanmasından əmələ gəlmir".

XəzərXəbər xəbər verir ki, bu fikirləri "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib.

O bildirib ki, dəm qazı ilə bağlı hadisələrin 90 faizi hamam otağında, 3-5 faizi isə digər otaqlarda yaşanır:

"Bunun səbəbi otaqda oksigen səviyyəsinin balansının pozulmasıdır. Digər otaqlarda oksigen norması var. Hamam otaqlarında qapılar kip bağlanır, aşağıda texniki normativlərə uyğun dəlik və ya məsamə qoyulmalıdır. Bu normalara riayət olunmur.

Dəm qazından boğulma halları qış aylarında daha çox baş verir. Yayda hava isti olduğundan az miqdarda qaz yanır, qış aylarında isə qazın miqdarını artırırıq. Yanma məhsulu artır, oksigen tələbatı artır. Qapı tamamilə bağlı olduğunda yanma prosesi pozulur və 3-4 saniyə ərzində boğulma prosesi yaşanır. Dəm qazının qoxusu olmadığından insan reaksiya verməyə fürsət tapmır".

"Eyni zamanda tüstü bacalarının zamanında təmizlənməsinə diqqət edilməlidir. Daha bir məqam həyət evlərində texniki şərtə uyğun tüstü bacalarının quraşdırılmamasıdır. Kustar üsulla hazırlanan bacalarda küləkli havalarda tüstü içəridən çölə yox, daha da çöldən içəriyə doğru dolur.

Bu da təhlükəli məqam yaradır. Bunlar yaşanmasın deyə bina evlərində, həyət evlərində hamam otaqlarına qoyulan qapılarda daimi hava daxil ola biləcək dəliklər olmasına, tüstü bacasının təmizliyinə, bacaların texniki şərtə uyğun qaydada quraşdırılmasına mütləq diqqət edilməlidir. Bunlara diqqət edilsə, hadisələr 90 faizə qədər azalacaq", - deyə o qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO