Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75081
az

"Bıçaqla öldürdüm, üstünə spirt töküb yandırdım" - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

14:2117 Oktyabr, 2022
142
KRİMİNAL
  • A


Rusiyanın Saratov şəhərində öldürülən 10 yaşlı qızın meyitində çoxsaylı yara və spirt yanıqları aşkar edilib.

APA TV Bakupost-a istinadən xəbər verir ki, bu barədə Saratov hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Qeyd edək ki, uşağın meyiti oktyabrın 13-ü axşam saatlarında Batavina küçəsindəki mənzildə tapılıb. Ana işdən sonra evə gələrək 10 yaşlı qızını ölü tapıb. Mətbəxdə tapılan və tanınmaz hala salınmış cəsədin üzərində çoxsaylı bıçaq xəsarətləri və yanıq izləri olub. Yalnız hadisə yerinə gələn həkimlər uşağın öldüyünü müəyyən edə biliblər.

Hüquq-mühafizə orqanları yetkinlik yaşına çatmayan uşağın xüsusi amansızlıqla qətlə yetirilməsi maddəsi ilə cinayət işi açıblar. Cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin Saratov İdarəsinin rəhbəri Aleksandr Bastrıkin tərəfindən nəzarətə götürülüb. Şübhələr dərhal mərhum qızın həmin axşam evdə tək olan 14 yaşlı bacısının üzərinə yönəlib.

O, dindirilməyə aparılıb və dəhşətli etiraflar edib. 14 yaşlı Milana valideynləri evdə olmayan zaman bacısını öldürdüyünü bildirib. O, bacısına çoxsaylı bıçaq zərbələri vurduğunu və sonra onun üzərinə spirt tökərək yandırdığını bildirib. Bıçaq zərbələrinin dəqiq sayı ekspertlər tərəfindən müəyyən ediləcək. 14 yaşlı qız bu cinayəti niyə törədib, bu barədə heç nə deməyib. 

Hazırda Malina polis şöbəsindədir, daha sonra isə müvəqqəti saxlama təcridxanasına göndəriləcək. Şübhəlinin 14 yaşı olduğu üçün cinayət məsuliyyətinə cəlb oluna bilər.

Qeyd olunur ki, qızların valideynləri Maksim və Yevgeniya boşanıblar. Qızlar anaları ilə yaşasalar da, ataları onlara maddi dəstək göstərirmiş.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müsavat itkin düşmüş fəalı öldürülüb
Rəşad Dağlı əfv olunacaq? - “Hər şey ola bilər”

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb