Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74909
az

Bakıda iki nəfərin öldüyü maşından 40 min dollar oğurlanıb

22:4112 Oktyabr, 2022
182
KRİMİNAL
  • A

Bakıda avtomobildən 40 min dollar oğurlanıb.

Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə Kürdəxanı qəsəbəsi ərazisindəki dayanacaqların birində “KİA” markalı avtomobildən 40.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Araşdırmalar zamanı məlum olub ki, oktyabrın 8-də saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsində Beytulla Babayevin sürdüyü “Range Rover” ilə A.Məhərrəmovun idarə etdiyi “Kia” toqquşub. Nəticədə “Kia”da olan sərnişinlər, Göygöl rayon sakinləri Zülfüqar Zülfüqarov və Ayxan Süleymanlı vəfat edib.

Nardaran sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov maşındakı şəxslərə köməyə gələrkən qəzaya uğrayan avtomobildə pul olduğunu görüblər. Onlar yol polisinin Kürdəxanıdakı dayanacağınadək evakuatorla aparılan əzilmiş maşını təqib ediblər və dayanacaqda avtomobildə olan 40 min dolları götürərək ərazidən uzaqlaşıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO
Bərdədə qadın qohumu tərəfindən bıçaqlandı

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı