Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72067
az

Səfər Mehdiyevin həbsinə hazırlıq gedir

22:4016 İyul, 2022
218
KRİMİNAL
  • A

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin vəzifədən azad edilməsiylə bağlı xəbər gözlənilməz olmadı. DGK-nın Əməliyyat-istintaq Baş İdarəsinin rəisi, general-mayor Məsum Rəsulovun saxlanılaraq istintaqa cəlb edilməsindən sonra bu qurumun ətrafında yaranan ajiotaj daha da böyümüşdü. General Rəsulova qarşı irəli sürülən ağır ittihamın ardınca DGK-nın daha bir neçə vəzifəli şəxsinin saxlanılması Səfər Mehdiyevin başının üzərində qara buludların dolaşdığına şübhə yeri qoymadı. 

DGK Azərbaycanda vətəndaşların ən çox narazı qaldığı dövlət qurumlarının başında gəlir. Gömrükdəki qanunsuz ödənişlər, xüsusilə iş adamlarına münasibətdə tətbiq ediən özbaşınalıqlar Səfər Mehdiyev və komandasıyla bağlı sərt tədbirlərin görülməsini qaçılmaz etmişdi. Qısa müddət ərzində DGK-nın 2 generalının həbs edilməsi artıq bu prosesə start verildiyini göstərir.

Əldə etdiyimiz məlumata görə, Səfər Mehdiyev vəzifədən getməklə canını qurtara bilməyəcək. Hazırda hakimiyyətin yuxarı eşelonlarında onun həbsiylə bağlı ciddi müzakirələrin aparıldığı bildirilir. Məlumatlı şəxsin dediyinə görə, hüquq-mühafizə orqanları bu həbsin ən qısa müddətdə reallaşması üçün artıq hazırlıqlara başlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər