Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71248
az

Xəyanətə görə dostunu öldürdü, arvadını isə... - Samuxdakı qətlin TƏFƏRRÜATLARI

11:3527 İyun, 2022
236
KRİMİNAL
  • A

Samuxda törədilən qətlin təfərrüatları məlum olub. 

Qətli törətməkdə şübhəli bilinən Mədət Tağıyevin atası Fəzail Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, qətlə yetirilən Cavid Əliyev və hadisəni törədən Mədət Tağıyev dost olublar:

“Mədət evdə ailəsi ilə yemək yeyərkən arvadı Aygünün dostu Cavidlə telefonla mesajlaşmasını tutub. Buna görə də xəyanətdə şübhələnib və Cavidi evinin qabağına çağırıb. Burada ona 4 bıçaq zərbəsi vuraraq öldürüb. Daha sonra evə gəlib arvadı Aygünə də 1 bıçaq vuraraq, onu yaralayıb”.

Qeyd edək ki, öldürülən Cavidin 2 azyaşlı uşağı var.

Hazırda prokurorluqda istintaq araşdırmaları davam etdirilir.

***
Saat: 10:30

İyunun 22-i saat 1 radələrində Samux rayonu, Füzuli kəndi ərazisində 33 yaşlı Cavid Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, ilkin araşdırmalarla zərərçəkmişin tanışı, 32 yaşlı Mədət Tağıyevin yaşadığı evin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cavid Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mədət Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
Dələduzluq edən paytaxt sakini həbs edilib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR