Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69324

Polis vətəndaşı döyərək öldürüb? - AÇIQLAMA

19:4910 May, 2022
1347
KRİMİNAL
  • A

Ağdaş rayonunda vətəndaş İbrahim Cəfərovun polis şöbəsinə aparılıb, orada döyülərək öldürülməsi iddia olunub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Bildirilib ki, İbrahim Cəfərovun öldürülməsində Vüsal, Fəqan və Allahverdi adlı polis əməkdaşları xüsusilə fərqləniblər.
 
Eyni zamanda iddia edilib ki, Ağdaşda məhkəmə-tibb ekspertizası İbrahim Cəfərovun ölümü ilə bağlı saxta rəy verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İbrahim Cəfərova fiziki güc tətbiq olunduqdan sonra onun vəfat etməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir:

"Mayın 3-də gecə saatlarında rayon ərazisində xidmət aparan polis əməkdaşları yolun kənarında bir nəfərin yerə yıxıldığını aşkar ediblər. Sərxoş vəziyyətdə olan həmin şəxsin şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də digər cinayət əməllərinə görə bir neçə dəfə məhkum olunmuş İbrahim Cəfərov olduğu müəyyən edilib.

Polislər həmin şəxsin yaşadığı ünvana çatmasına köməklik göstərməyə çalışsalar da, o bundan imtina edərək özü gedəcəyini bildirib.  

İ.Cəfərovun evinə çatana qədər isə bir neçə dəfə də yıxıldığı ətrafdakı müşahidə kameraları vasitəsilə qeydə alınıb. Növbəti gün yenidən İ.Cəfərov saat 16 radələrində sərxoş vəziyyətdə yaşadığı evə gələrək yatıb və saat 23 radələrində yaxınları onun öldüyünü aşkar ediblər”.

"Meyit müayinə edilməsi üçün morqa yerləşdirilib və ilkin rəyə əsasən, onun ürək çatışmazlığından vəfat etdiyi müəyyən edilib. İ.Cəfərovun ölüm səbəbi ondan götürülən analizlərin cavabı çıxdıqdan və məhkəmə-tibbi ekspertizanın tam rəyindən sonra məlum olacaq”, - deyə o qeyd edib. 
 

Oxu24.com
Loading...

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda binaya güllə atılması xəbəri ilə bağlı DİN-dən açıqlama
Öldürdüyü qadının pullarını götürüb sevgilisi ilə Şamaxıya getdi - Təfərrüat
Tovuzdan Bakıya verilişə gələn qadın itkin düşüb - FOTO

Gəlin nişanlısının keçəl olduğunu öyrəndi: TOYDAN QAÇDI

18+

Bakıda məktəbli qız özünü binadan kişinin başına  belə atdı (18+VİDEO)
Bakıda kirayə ev axtaran vətəndaşları aldadıb pulunu alan
Dırnağlardakı ağ ləkələr bu xəstəliklərdən xəbər verir - Diqqətli olun!
Mövlam Şixəliyevin məhkəməsində sensassion ifadə: MTN-in arxa qapısında...