Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68749
az

Ər-arvad istirahətdən qayıdarkən ölübmüş

15:1825 Aprel, 2022
434
KRİMİNAL
  • A

Kürdəmirdə baş vermiş ağır yol qəzasında vəfat edən ər və arvadının qonaqlıqdan qayıdarkən qəzaya düşməsi məlum olub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının 204-cü kilometrliyində "Toyota RAV4" markalı 90 CY 204 dövlət qeydiyyat nişanlı avtomobilin betona çırpılması nəticəsində sürücü 1961-ci təvəllüdlü Qafarov Pərviz Sərvaz oğlu və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Qafarova Afət Cavad qızının vəfat etməsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması - 2 və ya daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə iş açılıb.

Məlum olub ki, Bakı şəhər Yasamal rayon sakini olan ər və arvadı aprelin 21-də istirahət məqsədilə Naftalana gedib. Daha sonra onlar Şəmkirə gedərək oradakı dostları ilə görüşüblər və qonaqlıqda iştirak ediblər. Aprelin 22-də isə Pərviz Qafarov həyat yoldaşı ilə paytaxta qayıdarkən avtomobilin idarəetməsini itirərək qəza törədib.

İlkin araşdırmalar zamanı hadisə vaxtı sürücü və sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi, bu səbəbdən də qəza nəticəsində aldıqları xəsarətlərdən hadisə yerində vəfat etmələri məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı