Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68284
az

Nərmin işi: “Anası deyirdi ki, qızım getmək istəmirdi atası zorla göndərdi”

23:5913 Aprel, 2022
1030
KRİMİNAL
  • A

"Saat 9-da polislər evimizə gəldilər. Əlavə evi, hamamı, həyətdəki damı soruşdular. Qışda orda qalmasaq da dəfələrlə istifadə etmişik. Oradan meyvə-tərəvəz götürmüşəm. Dekabrda həmin evdə oğlum qalxıb qardaşımın kostyumunu geyinib. Nərmin saxlandığı deyilən otaqdan götürmüşdü. Ayın 10-da polis rəisi və komandası bizi zorla evdən çıxardı. Birdən qardaşıma zəng elədim ki, görüm nə xəbər var. Bəhruz qardaşım dedi ki, bizi şöbəyə apardılar ki, təcili prokurorluqdan general gəlib, sizi dindirməlidi. Bizi polis şöbəsinə apardılar. Başa düşdük ki, oyun qurublar. Tez evə qaçdım, evi az qala, 500 metrdən mühasirəyə almışdılar. Bizi evimizə buraxmadılar".

Təqsirləndirlilən şəxsin bacısı ifadəsində deyib ki, polislər qardaşına ailəsinin ondan imtina etdiyini deyiblər:

"İlkinə deyiblər ki, ailən səndən imtina edib. Sənə görə evdən çıxıb gediblər. İlkin deyirdi ki, istəyirdim özümüzünkülərdən kimisə görüm, başıma gələnləri qışqırım deyim. Dırnağını çəkməkdən tutumuş, toka vurmaq, ayaqlarına dubinka ilə vurmaq, başına qazan keçirib, dubinka ilə vurublar".

Şərif Quliyevin spirtli içki aludəçisi olduğunu deyən İlhamə Süleymanovanın sözlərinə görə, o, içkiyə görə ailə üzvlərini də incidib.

Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər