Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67846
az

Bakıda arvadını döyən polis işdən çıxarıldı

09:4206 Aprel, 2022
207
KRİMİNAL
  • A

Bakıda keçmiş polis əməkdaşı arvadını restoranın qarşısında döyüb.

Oxu24.com-un  xəbərinə görə, "Report”un əldə etdiyi məlumat görə, bu barədə Nizami Rayon Məhkəməsində keçirilən məhkəmə istintaqında elan olunub.

İttiham aktına əsasən, hadisə 2021-ci il oktyabrın 30-da Nizami rayon ərazisində yerləşən restoranların birində qeydə alınıb.

Belə ki, polis serjantı olmuş V.M (ad, soy adı şərti) restoranın qarşısında həyat yoldaşı L.M (ad, soy adı şərti) ilə əvvəl şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra o, qəsdən əlinin içi ilə qadının baş və sifət nahiyələrinə zərbələr vurub. Nəticədə L.M-in burunu sınıb.

Hadisədən sonra qadının şikayəti əsasında V.M saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə V.M 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.

Qeyd edək ki, polis nəfəri olmuş V.M hadisədən sonra işdən azad olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qardaşı
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı
Müsavat itkin düşmüş fəalı öldürülüb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı