Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67783
az

Sabirabadda özünü yandıran Sevincin son sözləri: - "Qonşuda, təndirxanada yatırdım..."

19:1604 Aprel, 2022
293
KRİMİNAL
  • A

Sabirabad rayonunun Yuxarı Axtaçı kəndində yaşayan Sevinc İbadovanın özünə qəsd etməsinə görə əri Muğamat İbadova cinayət işi açılıb. Musavat.com xəbər verir ki, 46 yaşlı Sevinc İbadova özünü benzinlə yandırıb.

Araşdırma zamanı məlum olub ki, Sevinc İbadova uzun illər ərzində əri tərəfindən işgəncəyə məruz qalıb.

Sevinc dəfələrlə polisə şikayət edib. Hər dəfəsində əri söz verib ki, bir də bu hərəkətə yol verməyəcək.

Sevinc Muğamat İbadovla 1993-cü ildə ailə qurub. Onların bu evlilikdən iki övladı var.

Mərhumun övladları ifadələrində atalarının illərlə Sevinc İbadovanı döydüyünü, təhqir etdiyini deyiblər.

Muğamat İbadova qarşı Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 133-cü (əzab vermə) maddələrilə ittiham irəli sürülüb.

Mərhumun anası Axırbəyim Əhmədova deyib ki, qızı daha əvvəl dərman içərək intihar etmək istəyib. Amma onun həyatını xilas edə biliblər.

Qeyd edək ki, hadisə 2020-ci il noyabrın 15-də baş verib. Yanıq xəsarətlərilə Sevinc İbadovanı əvvəl Saatlı rayon Mərkəzi Xəstəxanasına aparıblar, oradan isə Bakıya göndəriblər. Bakıda 5 saylı xəstəxananın yanıq şöbəsində 1 aydan çox müalicə alan Sevinc İbadova dekabrın 24-də orada vəfat edib.

Sevinc xəstəxanada olarkən polis əməkdaşlarına izahat verərkən deyib ki, əri onu özünü öldürməyə vadar edib.

"Mənə elədiyi zülmlərə görə dəfələrlə qaynımgildə, qonşuda, təndirxanada yatmaq məcburiyyətində qalmışam. Tüfəngi mənə tuşlayırdı",- deyə mərhum son sözlərində qeyd edib.

Muğamat İbadov isə ittihamları qəbul etmir. Deyir ki, ailədə həyat yoldaşıyla aralarında söz-söhbət olsa da, onu döyməyibmiş.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı