Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6543
az

“Mən tutulanda, o evləndi” — Sevgilisinə görə narkotikə qurşanan məhbus QADIN – VİDEO

15:1929 Oktyabr, 2018
1164
KRİMİNAL
  • A
 “Hər bir növündən istifadə etmişəm”

“Xəstəyəm, ömrümə nə qədər qalıb, bilmirəm”

Oxu24.com  xəbər verir ki, ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında sərhəddən qanunsuz narkotik keçirən məhkum qadından bəhs edilib.

Kristina Dobramıslova – Məhkum (Cəzası – 7 il 6 ay): “1987-ci ildə Bakıda anadan olmuşam. Atamla, anam dənizdə işləyirdilər. Məktəbi 9-cu sinifdə bitirmişəm. Sumqayıtda bir müddət qaldıq. Arada Rusiyaya getdik, sonra yenidən Sumqayıta qayıtdım. Bir yerə işə düzəldim, mühit pis oldu. Bir insanı istədim, onunla bir yerdə başladım. O, canını qurtara bildi, yaxşı ailədən idi. Mən artıq müalicə olunmaq istəmirdim. Fikirləşirdim ki, onu vurub bir də durmayacam. Amma ölmürdüm. 18 yaşım var idi. Həyatı indiki kimi anlamamışam. Oğlan deyirdi ki, əsas mənəm, ailəm səninlə yaşamayacaq ki? Amma ayrıldıq, müalicəmi də edə bilmədim. Narkotikin hər bir növündən istifadə etmişəm. Acığa edirdim, fikirləşirdim ki, oğlan qayıdacaq və hər şey yaxşı olacaq.
Kakos narkotik növü var. Ondan 187 qram gətirmişəm. Çarəsizlikdən olub. Yaxınım yox idi ki, mənə kömək etsin. Yaxşı pul alacaqdım, ona görə risk etdim. İşləyib, qazanıb, ona xərcləyirdim. Elə oldu ki, tutdular. Burada hər dəqiqə çətindir. İstəyirəm ki, yeni həyata başlayım. Oğlana bir dəfə məcbur zəng etdim ki, anamdan məlumat versin. Xahiş etdim ki, anama zəng vurub desin ki, məni yığsın. Anam biraz xəstədir. Burada olanda eşitdim ki, evləndi oğlan. Biz birlikdə xoşbəxt ola bilmədik, amma istəyərəm ki, o olsun. Azadlıq mənə görə indi hərşeydir. Mən pis xəstəliyə düçar olmuşam, bilmirəm nə qədər ömrüm qalıb. Amma azadlıqda ölənə qədər yaxşı yaşaya bilərəm. Xəstəliyimə də səbəb narkotik olub. İynə əlimə batdı, xəstəlik tutdum”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər