Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63479
az

Azərbaycanda fermada dəhşət: Çobanın arvadı haqda əxlaqsız sözlər dedi və...

20:5705 Yanvar, 2022
2003
KRİMİNAL
  • A

İşlədiyi fermanın sahibini öldürməkdə ittiham olunan 45 yaşlı Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi bu günlərdə yekunlaşıb. virtualaz.org-un xəbərinə görə, hadisə bu il iyulun 29-da Samux rayonunun Qarabağlar kəndində yerləşən fermada baş verib.

Fermada çoban işləyən S.Quliyev ferma sahibi 31 yaşlı Arzu Abdullayevlə mübahisə edib. Fermerlə çoban arasındakı qanlı insidentə əmək haqqının vaxtında və tam verilməməsi, həmçinin ferma sahibinin çobanın qardaşı arvadı barədə xoşagəlməz məlumatlar yayması səbəb olub. Elə bu üzdən də çoban ferma sahibindən qisas almağı planlaşdırıb. Hadisə günü Arzunun fermadakı istirahət otağında uzandığını görən Samir heç bir söz demədən ona hücum çəkərək bıçaqla çoxsaylı xəsarətlər yetirib. Ferma sahibi xəstəxanaya aparılarkən yolda ölüb.

 

Təqsirləndirilən Samir Quliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində işsiz olduğunu, əmisi Mikayılın vasitəsilə Arzunu tanıdığını, onun fermasında çoban işlədiyini deyib: “Əmim məni fermaya apardı. Arzu ilə aylıq ödənişlə bağlı danışıb razılaşdıq, fermada işləməyə başladım. Əvvəlcə hər şey normal idi. Sonradan aylıq əmək haqqı ilə bağlı problem yarandı”.

Samirin dediklərinə inansaq, ferma sahibi ona qardaşı arvadının yüngül həyat tərzi keçirdiyini, dayısı oğlu Elçinin (A. Abdullayevin dayısı oğlunu nəzərdə tutub - red.) ona sürücülük etdiyini deyərək aşağılayıb. Bu üzdən aralarındakı narazılıq daha da gərginləşib. Arzuya qardaşı arvadı barədə dediklərini sübut etmək üçün üç gün vaxt verib. Əks təqdirdə onu öldürəcəyini söyləyib. Arzu da gülərək, “sübut edəcəm” deyib. Hadisədən bir neçə gün əvvəl ferma sahibi çobanı fermadan kənarlaşdırıb, onun yerinə başqa işçi götürüb.

 

“Fermanın yaxınlığında yaşayan tanışımla yeyib-içdik. Gecə saatlarında Arzunun fermada olduğunu bilib oraya getdim. Çarpayıda uzanmışdı, məni görən kimi ayağa qalxdı. Aramızda əlbəyaxa dava düşdü, bellə məni vurdu. Cibimdən çıxartdığım bıçaqla Arzuya zərbələr endirdim. Sonra fermadan çıxıb Gəncəyə getdim. Ertəsi gün polis əməkdaşlarının məni axtardıqlarını bilib polis şöbəsinə gedərək təslim oldum. Törətdiyim əməldən peşmanam”- çoban Samir deyib.

Mərhumun həyat yoldaşı ifadəsində əri Arzunun Samux rayonun Qarabağlar kəndində dostu Ramizlə şərikli ferma qurduğunu, xırdabuynuzlu heyvanlar saxlamaqla məşğul olduğunu, işlərinin yaxşı getdiyini, lakin fermaya Samir adlı çobanın gəlişindən sonra vəziyyətin dəyişdiyini deyib.

 

 “Arzuya heyvanların öldüyünü deyirdi, amma dərilərini göstərmirdi. Buna görə də Arzu ilə Samirin münasibətlərində gərginlik yaranmışdı. Hətta hadisədən əvvəl bir neçə dəfə dalaşmışdılar. Ona görə də Arzu Samiri fermadan qovmuşdu”, - zərərçəkən deyib.

Zərərçəkmiş ifadəsində ərinin Elçin adlı dayısı oğlu olsa da, onun hər hansı qadınla əlaqəsi olduğunu bilmədiyini, Arzunun bu haqda evdə heç nə demədiyini söyləyib. Ərinin bıçaqlandığını eşidən qadın anası ilə birlikdə xəstəxanaya gedib. Amma orada Arzunun ölüm xəbərini eşidib: “Axşam yemək yedikdən sonra fermaya getdi. Gecə zəng vurub Arzunun bıçaqlandığını xəbər verdilər. Anamla birgə xəstəxanaya gedəndə Arzunun öldüyünü öyrəndik. Təqsirləndirilən şəxsdən şikayətçiyəm”.

Məhkəmənin hökmü ilə Samir Quliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qardaşı
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı
Müsavat itkin düşmüş fəalı öldürülüb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı