Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
ABŞ kəşfiyyatı Rusiyanın daha bir münaqişədə iştirakını etiraf edib
Ukrayna Silahlı Qüvvələri Tokmaka Excalibur mərmisi ilə zərbə endirib, yaralılar var
Ukrayna lombardlara termal kamera və dronların satışını qadağan edib
BÜTÜN XƏBƏRLƏR
63439
az

Bakıda vəzifəli şəxsdən sevdiyi qadına qarşı ŞOK ƏMƏLLƏR - Küçənin ortasında döydü

12:3705 Yanvar, 2022
270
KRİMİNAL
  • A

Bakıda qadını küçədə döyən, üzərindən soyuq silah tapılan 1993-cü il təvəllüdlü Əli Muradov (şərti soyadlı) barəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq-silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə), və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə cinayət işi açılıb.

Oxu24.com  xəbər verir ki, ali təhsilli olan Əli Binəqədi rayon icra və probasiya şöbəsində işləyib və boşanma prosesindən sonra icra işi ilə əlaqədar Nuranə (şərti) adlı qadınla tanış olub. Qadının boşandığını bilən və onunla isti münasibət quran məmur daha sonra ondan pul alıb. Lakin bir müddət sonra Nuranə Əlinin rəftarından bezərək ondan uzaqlaşıb. Bundan əsəbiləşən Əli Nuranəni Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində azyaşlı oğlu və anası ilə birlikdə 286 saylı məktəbin qarşısından keçərkən tutub. O, Nuranəyə zərbələr endirirək onu küçədə doğmalarının gözü qarşısında döyüb. Bu hadisədən sonra qorxu keçərin qadın polisə müraciət etməyə çəkinib. Daha sonra üzərindən soyuq silah tapılan Əli saxlanılıb və onun xuliqanlıq əməli də üzə çıxıb.

Yasamal rayon Məhkəməsində ifadə verən Əli Muradov silahın ona vəfat edən atasından qaldığını deyib. Nuranə ilə icraçı olduğu vaxt tanış olduğunu, onu sevdiyini və fikrinin ciddi olduğunu deyən təqsirləndirilən şəxs çay evi götürüb işlətmək istədiyini və buna görə Nuranədən 1000 manat aldığını bildirib.

İfadə verən Nuranə Qədirova isə Əlinin onu bir neçə dəfə döydüyünü deyib. O ifadəsində bildirib:

“Əlini 2021-ci ilin yanvar ayından tanıyıram. 2015-ci ildə ailə həyatı qurmuşam və 2020-ci ilin noyabr ayında rəsmi olaraq başanmışam. Boşanma prosesindən sonra 2021-ci ilin yanvar ayında Binəqədi rayon icra şöbəsindən özünü icraçı kimi təqdim edən Əli Muradov mənə zəng vuraraq aliment ödənişinə ilə maraqlandı. Bundan sonra Əli mütəmadi olaraq mənə zəng vurdu və onunla tanışlıq münasibəti yarandı. Bir müddət sonra Əli mənə fikrinin ciddi olduğunu və ailə qurmaq istədiyini bildirdi. Mən isə cavabımda əvvəllər ailəli olduğumu və himayəmndə azyaşlı övladımın olduğunu bildirmişdim. Əli isə israrla mənimlə ailə həyatı qurmaq istədiyini bildirirdi. Hətta bir neçə dəfə Əli ilə kobud danışıb onu özümdən uzaqlaşdırmaq istəmişəm. Lakin Əlinin mənimlə mütəmadi olaraq maraqlandığını görüb, ona bir şans vermək istədim. Bundan bir müddət sonra onun normal insan olmadığını və mütəmadi olaraq yalan danışdığının şahidi oldum. Əli məndən iki günlük 1000 manat pul istəmişdi. Əli bir neçə dəfə təxmini 10 gün ardıcıl olaraq xahiş etdiyinə görə məcbur qalıb ona min manat pul vermişdim. Həmin pulu Əliyə işlədiyi yerin yaxınlığında vermişəm. Əli pulu iki günə qaytaracağını söz versə də, müxtəlif bəhanələrlə aldadıb pulunu geri qaytarmadı. Əlidən pulunu geri istədikdə o, özünü öldürəcəyini bildirdi. Bundan sonra Əli mütəmadi olaraq məndən pul istəməyə başladı. Mən isə pulumun olmadığını və ona pul verə bilməyəcəyini bildirdim. Bu səbəbdən Əli məni müxtəlif təhdidlərlə qorxutmağa başladı. Əli məni bütün qohumlarımın, həmçinin iş kollektivimin yanında biabır edəcəyini deyirdi. Ondan məni hansı yolla biabır edəcəyini soruşduqda Əli mənə məxsus “Honor” markalı mobil telefondan mənim dənizdə çəkilmiş şəkillərimi özünə göndərdiyini, onun dediklərini etməyəcəyim təqdirdə rüsvay edəcəyini bildirdi. Ona fikir vermədiyimdən dəfələrlə üstümə gələrək fiziki güc tətbiq edib. Belə ki bir neçə dəfə Əli yaşadığım evin yaxınlığında, iş yerimin yaxınlığında və avtomobilində məni döyüb. Lakin qorxduğuma görə heç bir yerə şikayət etməmişəm. Mən şikayət etmədikcə üzərimə daha çox gələrək hər gün müxtəlif formalarda məni narahat edirdi. Əli mütəmadi olaraq zəng vuraraq barəmdə rüsvayedici məlumat yayacağını bildirərək pul istəyirdi. Ona 600 manat maaş aldığımı, pul verməyə maddi imkanımın olmadığını dedikdə, Əli bunun ona aidiyətinin olmadığını deyirdi. Belə ki, mütəmadi olaraq mənim avtomobilimin, yaşadığım binanın liftində, həmçinin mənzilin giriş qapısının üzərinə mənim və özünün baş hərflərini yazaraq mənə narahatçılıq yaşadırdı. Mən dəfələrlə gecə müxtəlif üsullarla həmin yazıları silmişəm. Belə ki, sonuncu dəfə 04.07.2021-ci il tarixdə, saat 18 radələrində anam ilə oğlumu yaşadığım evin yaxınlığında bağçadan götürən zaman 286 nömrəli məktəbin qarşısında Əli qəfildən qarşımıza çıxdı. Yaxınlaşan kimi anamın və övladımın qarşısında qolumdan tutub möhkəm silkələdi və əlində olan dəmir açarla sağ qulaq nahiyəmdən bir dəfə yumruqla vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Bundan sonra mən yerdə olarkən mənim, övladımın və anamın ünvanına müxtəlif küçə söyüşləri söyərək təhqir etdi. Əlidən qorxduğuma görə bu barədə şikayət etmədim. Lakin sonuncu dəfə 11.07.2021-ci il tarixdə, saat 23 radələrində mənə məxsus avtomobilin dövlət qeydiyyat nişanlarını üzərindən açdığı barədə zəng vurub mənə məlumat verdikdə, artıq dözməyərək və bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat verdi. Lakin ərizə yazan zaman yenidən Əlinin şantajlarından və hədələrindən qorxduğuma görə onun yalnız döyməsi barədə məlumat verdim. Təqsirləndirilən şəxsi heç vaxt bağışlamayacam”.

Təqsirləndirilən şəxs Nuranni sevdiyini bir daha bildirərək onu döyərkən sərxoş halda olduğunu bildirib.

Yasamal rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesin yekununda Əli Muradov qeyd edilən maddələr üzrə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
Yunis Səfərovun şikayəti rədd edildi
Obyektlərdə 361 kəsici alət aşkarlandı - VİDEO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil