Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6298
az

Bakı və Sumqayıtda avtobus piyadaları vuraraq öldürüb

16:0420 Oktyabr, 2018
1019
KRİMİNAL
  • A
 Bakı və Sumqayıt şəhərlərində marşrut avtobusu piyadaları vuraraq öldürüb.

Daxili İşlər Nazirliyindən Oxu24.com- a verilən məlumata görə, oktyabrın 19-da saat 11:00 radələrində Sabunçu qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Zaur Quliyev idarə etdiyi “Daewoo” markalı, 131 saylı xətt avtobusu ilə yolu keçən Zabrat qəsəbə sakini Aysel Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Analoji hadisə Sumqayıtda da qeydə alınıb. Oktyabrın 19-da saat 07:00 radələrində Sumqayıt şəhərinin Babək küçəsində Abşeron rayon sakini Ramiz Abbasov idarə etdiyi “Hyundai” markalı, 522 saylı xətt avtobusu ilə yolu keçən 50-55 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər