Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
626
az

Xüsusi təyinatlılar azərbaycanlı insan qaçaqçısını belə yaxaladı (VİDEO)

16:0414 Aprel, 2018
2118
KRİMİNAL
  • A
 
Belarus xüsusi təyinatlıları Vyetnamdan olan 11 qeyri-leqal miqrantı Avropa İttifaqı ərazisinə keçirmək üçün aparan beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmaya qarşı Minsk yaxınlığında əməliyyat keçirib.

Oxu24.com  virtualaz.org-a istinadən xəbər verir ki, sərhəd xidmətinin xüsusi təyinatlıları Minsk vilayətinin Rakova rayonunda silah tətbiq etməklə qruplaşmanın üzvlərini yaxalayıblar. Əməliyyat-axtarı tədbirlərinin nəticəsi olaraq Minsk ətrafındakı şosse yolda içərisində miqrantlar olan 3 avtomobil saxlanılıb. "Qanunsuz miqrasiyanın təşkilatçısı olan 33 yaşlı Azərbaycan vətəndaşı və miqrantları daşıyan iki Belarus vətəndaşı, habelə Çeçenistandan olan iki müşaiyətçi saxlanılıb” - Dövlət Sərhəd Komitəsi bildirir.

Sərhədçilərin bildirdiyinə görə qeyri-leqal miqrantlar Belarus ərazisi ilə sərhədə tərəf aparılırdı və mütəşəkkil qruplaşma Qrodno istiqamətindən onları Avropa İttifaqı ərazisinə keçirməyi planlaşdırırdı. Miqrantların heç birinin üzərində şəxsiyyətlərini təsdiq edən sənəd olmayıb. Qruplaşma üzvləri barədə cinayət işi qaldırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qardaşı
Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı