Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6094
az

Ər arvadını baltaladı, qonşu kişini vəhşicəsinə döydü — Gədəbəydə dəhşət

00:2014 Oktyabr, 2018
1176
KRİMİNAL
  • A
 Gədəbəy rayonunda yerli sakin həyat yoldaşına və qonşusuna ağır xəsarətlər yetirib.
"Oxu24.com"un "Report"a istinadən məlumatına görə, rayonun 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Əsgərov Pərviz Gülmalı oğlu 1977-ci il təvəllüdlü həyat yoldaşı Allahverdiyeva Könül Qəşəm qızını balta ilə vurub.

O, daha sonra 1949-cu il təvəllüdlü qonşusu İsmayılov Firuddin Zeynəlabdın oğlunu yaxınlıqdakı meşə zolağı ərazisində ağac parçası ilə döyüb və hadisə yerindən qaçıb.

Hər iki yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Məlumata görə, qadına sol yuxarı ətrafın çapılmış və sınmış yarası diaqnozu qoyulub və onun vəziyyəti ağırdır. Eyni zamanda ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ağır əzilmiş və çapılmış xəsarətlər alan F.İsmayılovun da vəziyyəti ağır qiymətləndirilir.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır və P.Əsgərovun saxlanılması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri görülür. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”