Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
588
az

Ərinin məşuqəsi tərəfindən öldürüldü - Lənkəranda qadın qətli

19:2813 Aprel, 2018
1185
KRİMİNAL
  • A
 

Lənkəran sakini qətlə yetirilib.

Hadisə Lənkəran şəhərinin Anar Mahmudov küçəsi, 128 ünvanında qeydə alınıb. Lənkəran sakini, 1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənovanın ailə münaqişəsi zəminində həyat yoldaşının qeyri-rəsmi nikahda yaşadığı qadın tərəfindən hələlik məlum olmayan şəraitdə qətlə yetirildiyi bildirilir.

S. Həsənovanın meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.(APA)


Lənkəranda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

 

APA-nın cənub bürosunun məlumatına görə, Anar Mahmudov küçəsi, 128 ünvanında 1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənova həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Nəhmət oğlu Həsənovun eyni evdə qeyri-rəsmi nikahda yaşadığı Lerik rayon sakini, Gülşən Salayeva tərəfindən odun parçası ilə vurularaq qətlə yetirilib.
 

Hadisəni törədən G. Salayeva artıq polis tərəfindən saxlanılıb.
 

Məlumata görə, S. Həsənova və G. Salayevanın hər birinin iki övladı var.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı