Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5810
az

Azərbaycanda polis jurnalisti sillələyib? - DİN-dən cavab

19:0504 Oktyabr, 2018
1248
KRİMİNAL
  • A
 Jurnalist Aytac Əhmədova polis zorakılığına məruz qaldığını iddia edir.

Oxu24.com BakuPost-a istinadən xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə paylaşım edib. O, Zabratda sakinlərin mənzil şəraitinə etiraz olaraq yolu bağladıqlarına görə çəkiliş etdiyi vaxt polis tərəfindən saxlanıldığını, zorla maşına mindirilərək Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparıldığını qeyd edib.

A.Əhmədova iddia edir ki, bölmənin dəhlizində olan Qabil adlı polis əməkdaşı onu şillələyib, daha sonra isə təhdid edib. Jurnalist həmin şəxsin mülki geyimdə olduğunu deyib.

Daha sonra bölmənin təisi İsmayıl Məmmədovun yanına aparıldığını qeyd edən jurnalist izahatında polis zorakılığına məruz qaldığını yazıb.

Daxili İşlər Nazirliyi (DİN) Aytac Əhmədovanın iddialarına cavab verib.

Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə "Report”un sorğusuna cavabında bildirib ki, adıçəkilən xanımın polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə iddiaları həqiqətdən uzaqdır:

"Dünən saat 19 radələrində bir qrup şəxs Zabrat qəsəbəsində nəqliyyatın hərəkətinin intensiv olduğu ərazidə yolu bağlamağa və ictimai asayişi pozmağa cəhd göstərən zaman sözügedən xanım həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısını alan polis əməkdaşlarının qanuni xidməti vəzifələrini yerinə yetirmələrinə maneçilik törədib. Həmin xanım saxlanılaraq sonrakı araşdırmalar üçün Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparılıb. Burada şəxsiyyəti müəyyənləşdikdən sonra bölmə rəisi tərəfindən onunla müvafiq profilaktiki söhbət aparılıb və sonra sərbəst buraxılıb. İstər saxlanılarkən, istərsə də bölmədə ona qarşı hər hansı təzyiq göstərilməsindən söhbət gedə bilməz.”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

23 yaşlı tələbə vəfat etdi
Qardaşı
Bakıda kişi gecə saatlarında özünü asdı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi