Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56927
az

Azərbaycanda şok hadisə: Polisin öldürdüyü qadın görün kim imiş

12:3223 İyul, 2021
4057
  • A
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupu Sabirabadda baş verən qətllə bağlı məlumat yayıb. "Report"a daxil olan məlumatda deyilir: "İyulun 22-də Sabirabad rayonu ərazisində Ulacalı kənd sakini Mübarək Ağayevanın meyitinin tapılması ilə əlaqədar keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə onun münaqişə zəminində tanışı, DİN-in Sabirabad Regional Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı Əliağa Soltanov tərəfindən xidmətdən kənar vaxtı, kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən olunub. Ə.Soltanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb". 10:18 İyulun 22-i saat 13 radələrində Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sabirabad rayon prokurorluğundan "Report"a verilən məlumata görə, peşəkar prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin tanışı Əliağa Sultanov iyulun 21-i saat 21 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı küt əşya ilə Mübarək Ağayevanın baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetrirərək sonuncunu qəsdən öldürüb. Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Əliağa Sultanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi