Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56162
az

Azərbaycanda dəhşətli qətlin təfərrüatı: Arvadının gözünü çıxardıb,özünü də ağzından atdı

10:5405 İyul, 2021
1161
KRİMİNAL
  • A

Göyçay rayonunda dəhşətli qətl və intihar hadisəsi baş verib.

Oxu24.com -un  xəbərinə görə, hadisə rayonun Mallı-Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Cavadov Elnur Məsim oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı yaşadığı evin həyətində ov tüfəngindən atəş açaraq həyat yoldaşı, 1985-ci il təvəllüdlü Cavadova Ülviyyə Əliyar qızını güllələyib. Ülviyyə Cavadova boynundan və çənəsinin altından aldığı güllə yarası səbəbindən çoxlu qan itirərək hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən Elnur Cavadov sonra həmin silahla özünün çənəsinin altından bir dəfə atəş açaraq intihar edib. Hər iki valideyn 13 və 14 yaşlı iki oğul övladının gözü qarşısında ölüb.

Ülviyyə Cavadovanın anası Zivər İsrafilova   bildirib ki, qızı ilə qonşu olan Elnur 15 il əvvəl ailə qurub, qızının tibb bacısı diplomu olsa da, həyat yoldaşı heç vaxt onun işləməsinə icazə verməyib:

Ülviyyənin qardaşı Rəşad İsrafilov  bildirib ki, bacısının ailəsi çox kasıb olub. Elnur narkotik aludəçisi olduğu heç yerdə işləməyib. Bu səbəbdən  psixoloji problemləri olub. 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Elnurun həyat yoldaşını və öldürərək sonradan özünün də hansı səbəbdən intihar etməsi aparılan araşdırmalardan sonra bəlli olacaq. 

 

Şahnəzər Bəşirov
Elvin Yaqubov
Xələf Xələfov

APA TV

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi
Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı
Oğurladıqları kartla alış-veriş etdilər

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi