Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5486
az

İcra başçısı vətəndaşı məhkəməyə verdi - ŞOK SƏBƏB

17:2124 Sentyabr, 2018
611
KRİMİNAL
  • A
 Xəzər Rayon İcra Hakimiyyətinin başçısı çox it saxlayan rayon sakininə qarşı iddia qaldırıb.


Oxu24.com -un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, başçı Gülağa İslamov Xəzər Rayon Məhkəməsinə müraciət edərək Mərdəkan qəsəbəsindəki həyətində 300-ə yaxın it saxlayan vətəndaş Eldar Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini istəyib.

G.İslamov iddia ərizəsində qeyd edib ki, bu barədə qəsəbə sakinləri İcra Hakimiyyətinə müraciət edərək itlərin ətrafda narahatlıq və antisanitar şəait yaratdığını bildiriblər.

Bununla bağlı müvafiq orqanlar E.Mansurovun həyətinə baxış keçirib 300-dən çox it saxlanıldığını aşkar ediblər. Buna görə də həmin şəxs müəyyən olunan saydan artıq it saxladığı üçün Xəzər Rayon 1-ci Polis Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.3-cü maddəsinə (it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına) görə 200 manat cərimə olunub.

Hazırda G.İslamovun E.Mansurova qarşı iddia ərizəsində Xəzər Rayon Məhkəməsində baxılır. Prosesin ilkin hazırlıq iclası keçirilib. Baxış iclası isə sentyabrın 28-nə təyin edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

23 yaşlı tələbə vəfat etdi
Qardaşı
Bakıda kişi gecə saatlarında özünü asdı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi