Goranboy rayonunda itkin düşən şəxs axtarılır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Goranboy rayon, Kələk kənd sakini, 1997-ci il təvəllüdlü Aytəkin Hüseynova cari ilin fevral ayının 6-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
A.Hüseynovanın əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, qara uzun saçları vardır. Evdən çıxarkən onun əynində qara rəngli şalvar, göy rəngli cins gödəkcə və qara rəngli idman ayaqqabısı olmuşdur.
"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-24-5-30-72 şəhər və (050/055) 301-10-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.
Oxu24.com
ŞƏRHLƏR