Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51339
az

İş adamı Nihad Əliyevin Türkiyədə ölümünün detalları – Şahidlər danışdı

22:2026 Mart, 2021
2273
KRİMİNAL
  • A

İstanbulun Beşiktaş səmtindəki lüks oteldə ötən gün yerli vaxtla saat 23:00-da başından aldığı güllə yarası ilə özəl xəstəxanalardan birinə yerləşdirilən və bu gün günorta saatlarında vəfat edən iş adamı Nihad Əliyevin güllələnməsinin detalları açıqlanıb.

Bakupost.az xəbər verir ki, Türkiyə mediası olayın təfərrüatını istintaq orqanlarına istinadla yayıb.

Bildirilib ki, ötən gün Nihad Əliyev otelə 6 dostu ilə birgə gəlib. 6 dostu ilə 3 qız dəvət edərək, otelin restoranında əylənən Nihad Əliyev daha sonra otel otağında əyləncəni davam etdirib.

Bu zaman otaqdan güllə səsi gəlib və otel işçiləri otağa daxil olarkən N.Əliyevin gicgahından aldığı tək güllə ilə yerdə uzandığını görüblər. Olay yerinə təcili yardım və polis çağırılıb.

N.Əliyevin 6 dostu və 3 xanım gözaltına alınıb. Şahidlər istintaqa bildiriblər ki, N.Əliyev əyləncənin ortasında belindəki tapançanı çıxararaq, gizgahına dayayıb. İddia edilib ki, N.Əliyev tapançanın boş olduğunu zənn edib. Şahidlər bildirib ki, ona “Şeytan doldurar” deyə, tətiyi çəkməməyi xahiş ediblər. N.Əliyev isə dinləməyib və əminliklə tətiyi çəkib. Bu zaman isə güllə açılıb.

Qeyd edək ki, bundan öncə türk mediası onun intihara cəhd etdiyini bildirmişdi. Daha sonra isə N.Əliyevi oteldən çıxarkən naməlum şəxslər tərəfindən güllələndiyi haqda iddia yayılmışdı.

Xatırladaq ki, N.Əliyev SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğlu, SOCAR-ın satış departamentinin rəhbəridir. O, SOCAR-la bağlı araşdırmalarda yüzmilyonlarla tenderin qalibi olaraq adı keçən Anar Əliyevin (Əlizadə) qardaşıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qardaşı
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı
Müsavat itkin düşmüş fəalı öldürülüb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı