Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5096
az

Toy günü faciə: gəlinin bacısı ailəni yasa boğdu

19:0108 Sentyabr, 2018
1207
KRİMİNAL
  • A
Ötən axşam Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com-un Şirvan bürosunun məlumatına görə, Salyan-Sabirabad avtomobil yolunun Sabirabad rayonunun Cəngən kəndindən keçən hissəsində 18 yaşlı kənd sakini Lamiyə Xalıq qızı Mərdanova Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini, 31 yaşlı Rövşən Elşən oğlu İsmayılovun idarə etdiyi "Mercedes-C" markalı 90 EH 382 dövlət nömrə nişanlı minik maşını ilə vurulub. Hadisə baş verən zaman piyada L.Mərdanova yaxınları ilə birgə bacısının Salyan rayonunda keçirilən toy məclisindən qayıdırmış. Onlar avtobusdan düşərək yolu keçmək istədikləri zaman Lamiyəni maşın vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Bundan qəzəblənən həyatını itirmiş piyadanın yaxınları sürücünü döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiklərindən o, maşını hadisə yerində qoyaraq könüllü Salyan Rayon Polis Şöbəsinə gəlib və təslim olub.

Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO