Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50288
az

Astarada avtoxuliqan həbs olunub

10:4209 Mart, 2021
2302
KRİMİNAL
  • A

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara sakini İ. Tofiqzadə sürücülük hüququ olmadan atasına məxsus "VAZ 2107" markalı avtomobillə rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan İ.Tofiqzadə barəsində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətində inzibati qaydada həbs olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ