Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4997
az

İsmayıllıda nə baş verir? Qadınların alt paltarlarını oğurlayan şəxslər kimdir?

15:4704 Sentyabr, 2018
2478
KRİMİNAL
  • A
​Son günlər İsmayıllı rayonunda qeyri-adi hadisə yaşanır. Artıq 10 gündən çoxdur ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında rayon sakinlərinin evlərinə girərək oğurluq edir. Maraqlısı odur ki, onlar evlərdən pul və ya qızıl-zinət əşyalarını deyil, qadınların alt paltarlarını oğurlayırlar.

Rayon sakinlərinin AzVision.az-a verdiyi məlumata əsasən, artıq bir neçə evdə eyni hadisə təkrarlanır. Oğurlanan əşyalar isə daha sonra rayon qəbirstanlıqlığında məzarların, baş daşlarının üstünə asılmış vəziyyətdə tapılır. Baş verən hadisədən narahatlıq keçirən rayon sakinləri artıq polisə də məlumat veriblər.

İsmayıllı Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı Polis idarəsinə məlumat daxil olub. Hazırda araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra isə məsələ barəsində ətraflı məlumat vermək mümkün olacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Xəzər dənizində 26 kiloqram narkotik aşkarlandı