Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49146
az

Jurnalisti təhqir edən Edik polisə gətirildi: Üzr istədi - FOTO

12:3723 Fevral, 2021
1628
KRİMİNAL
  • A

Aparıcı Amil Xəlili təhqir edən şəxs polisə çağırılıb.

Oxu24.com xəbər  verir  ki, bu barədə jurnalist özü məlumat paylaşıb. Onun sözlərinə  görə, efirdə  hazırladığı  sujetə  görə Adgözəlov Edik  onu  müxtəlif  qruplarda  təhqir  edib.Aparıcı  bu səbəbdən polisə  müraciət  edib.

Mövzu ilə  bağlı  jurnalistin  statusunu  təqdim edirik:

Dostlar ötən gün instagramda bu oğlan ünvanıma təhqir yazmışdı. Şükürlər olsun ki, heç vaxt kimsə məni təhqir etməmişdir. Ancaq tənqid olunmuşam. Tənqidi də normal qəbul etmişəm. Bu adam nə nömrəsini nə də yerini bildirmədən, hətta özlərinə məxsus qruplarda təhqirlərinə davam etmişdir. Gördüm ki, bu adam dayanmır Şəxsən Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova müraciət etdim. Çox sağolsunlar. Həmin şəxs tapıldı və Binəqədi rayon Polis İdarəsinə gətirildi. Elə ordaca məndən üzür istədi və əməlindən peşman olduğunu bildirdi. Əslində bu şəxs işimi, peşəmi və məni təhqir etməsinə görə bağışlanası insan deyil. Yenə də böyüklük məndə qalsın. Onu bağışladım. Video müraciətini isə hələ paylaşmayacam. O qruplarda da üzrxahlıq etməsə paylaşacam. Qoy dərs olsun bu cür tiplərə. Adgözəlov Edik sən ola bilər ki başqa qruplarda da dayanmadan yazılar yazacaqsan. Amma dediklərini unutma. Üzünüdə gəncliyinə görə bağladım. Bil ki, artıq qanunla hər kəlmənizə görə cavabdehsiz. Qurtardı o dövür... Çox sağolsun Viıayət Eyvazov cənabları. Hər kəsin hüquqlarını tam olaraq qoruduğunuz üçün Sizə minnətdaram. O cümlədən Binəqədi Rayon Polis İdarəsinə başda rəhbərlik olmaqla hər kəsə təşəkkür edirəm. Məni qəbul edən rəis müavini Vəfalı bəydə daxil olmaqla. Var olun.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üç rayonda oğurluq etməkdə şübhəli bilinənlər saxlanıldılar
Neftçalada narkokuryer saxlanıldı
Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanıldı