Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49119
az

Abdullanın yumruqla vurub öldürdüyü piyada gömrük əməkdaşı imiş...

09:2123 Fevral, 2021
2017
KRİMİNAL
  • A

Ötən həftə sonu, fevralın 19-da Kiyevdə Azərbaycan vətəndaşı tərəfindən yolu keçərkən yumruqla vurulan və həyatını itirən piyada Ukrayna gömrüyünün əməkdaşı olub. Virtualaz.org xəbər verir ki, bu haqda Ukrayna Dövlət Gömrük Xidmətinin rəhbəri Anatoli Makarenko özünün Facebook səhifəsində yazıb.

 

“Kornienko Vladislav Leonidoviç...

Təvazökar, dürüst adam. Kiyev gömrüyünün vicdanlı əməkdaşı. Kiyevin mərkəzində, fevralın 19-da  piyada keçidində məhz onu öldürüblər. Bu faciənin kadrları bütün teleekranlarda yayıldı. Ümid edirəm ki, qatil təkcə yerdəki məhkəmə tərəfindən cəzalandırılmayacaq. Vladislav Leonidoviçə isə Allah rəhmət eləsin...”,-Ukrayna gömrüyünün rəhbərinin Facebook postunda bildirilir. Makarenko həmin əməkdaşın gömrükçü geyimində fotosunu da paylaşıb.

 

Xəbər verildiyi kimi, 1991-ci ildə anadan olmuş, Ukraynada yaşayış icazəsi olan və “Hyundai” avtomobili ilə Kiyevdə taksi fəaliyyəti göstərən Abdulla Əzizli adlı Azərbaycan vətəndaşı yolu keçən piyadanın yol vermədiyi üçün ona söyməsinə cavab olaraq yumruqlarını işə salıb. Abdulla həmin piyadaya özünün məhkəmədə dediyi kimi, iki yumruq atıb. Yumruqlardan biri onun sifətindən dəyib, Vladislav Kornienko yerə yıxılıb. Abdulla isə avtomobilə oturaraq hadisə yerindən uzaqlaşıb. Hadisə yerinə gələn təcili yardım briqadası Kornienkonun öldüyünü təsbit edib, Abdulla çox keçmədən yaxalanıb. Şənbə günü Kiyev məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

 

Məhkəmədə Abdulla deyib ki, piyada keçidinin qarşısında kəskin tormozlayıb, bu vaxt yolu keçən piyada ona irad bildirib və söyüş söyüb. “Məqsədim onu öldürmək deyildi, qorxutmaq üçün bir yumruq atdım, dəymədi, ikincisi sifətindən dəydi. Yerə yıxıldı, ola bilsin heç yumruqdan ölməyib, yerə yıxılanda başından zədə alıb”,-Abdulla məhkəmədə törətdiyi əmələ görə peşimanlıq ifadə edərək deyib.


Lakin Kornienkonun qızı məhkəmədə bu üzrxahlığı qəbul etməyib və atasının ölümünə səbəb olmuş taksi sürücüsünün sərt cəzalandırılmasını tələb edib. Qəsdən ağır xəsarət yetirmə, ölümə səbəb olmaqla ittihamı üzrə Abdullanı 10 ilə qədər həbs gözləyir.

Abdullanın Ukrayna vətəndaşı olan arvadı isə məhkəmədə deyib ki, onun əri indiyədək heç kimlə işi olmayan, istirahətsiz işləyib ailəsini dolandıran biri olub. Və hadisəni söyüş üstündə törədib, özünü ələ ala bilməyib və piyadanı vurub...

Virtualaz.org

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər
Səfərbərlik xidmətinin həbs edilən əməkdaşından XƏBƏR VAR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər