Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47756
az

Bakıda gəlnini doğrayıb zibil qutusuna atan qayınatadan XƏBƏR VAR

13:1230 Yanvar, 2021
4980
KRİMİNAL
  • A

Bakıda evində gəlinini xüsusi amansızlıqla qətlə yetirərək zibil qutusuna atmaqda təqsirləndirilən İdris Məhərrəmovun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Oxu24.com  xəbər verir ki, Nəsimi rayon məhkəməsində keçirilən prosesdə İ. Məhərrəmov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.


Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə cəsədin Babək rayon sakini Banu Məhərrəmova olması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınatası, Babək rayon sakini İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni inşa olunan binadan 7200 manatlıq oğurluq edildi
Cinayətdə şübhəli bilinən 106 nəfər saxlanıldı
Balakəndə narkokuryerlərdən 10 kiloqram marixuana aşkarlandı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yeni inşa olunan binadan 7200 manatlıq oğurluq edildi