Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4341
az

Bakıda oteldə ölən ərəbin ölüm səbəbi bəlli oldu; cinsi fəaliyyəti artıran həblər və ...

12:1508 Avqust, 2018
5336
KRİMİNAL
  • A
Nərimanov rayonunda yerləşən "Caspian Business Otel”də İraq Respublikasının vətəndaşı dünyasını dəyişib. 1967-ci il təvəllüdlü Ammar Al Ce Cuborinin halı pisləşdiyindən otel rəhbərliyi təcili yardım çağırıb və Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq ərəbin təzyiqini aşağı sala bilməyiblər və 51 yaşlı əcnəbi dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb.

Oxu24.com  xəbər verir ki, oteldən ölkə.az-a verilən açıqlamaya görə, Ammar Al Ce Cuborinin avqust ayının 3-dən turpaketlə İraqdan Azərbaycana turist kimi gəlib, ayın 10-da qayıtmalı idi:

"Hadisə ötən gün axşam saat 18 radələrində baş verib, halı pisləşdi, bizə məlumat verdi, biz də təcili yardım çağırdıq, apardılar xəstəxanaya. Sonra məlumat gəldi ki, dünyasını dəyişib. Biz də ölüm faktı ilə bağlı nümayəndəliyə məlumat verdik. Ümumiyyətlə onun ölümünə ilkin səbəb kimi cinsi gücü artıran dərmanları həddindən artıq çox qəbul etməsidir, onun da üstündən enerji içkilərini içirlər. Bu zamanda ürəyin fəaliyyəti pozulur və belə hallar yaranır”.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırmalara başlanılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

23 yaşlı tələbə vəfat etdi
Qardaşı
Bakıda kişi gecə saatlarında özünü asdı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi