Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43186
az

"Gecə atamla həyat yoldaşımı güddüm və gördüm ki..." - Azərbaycanda şok

13:5802 Dekabr, 2020
650
KRİMİNAL
  • A

Şamaxı rayonu Nüyüdü kənd sakinləri Hüsniyyə Mehdiyeva və oğlu Firudin Mehdiyev mediada şok iddiayla çıxış ediblər. H.Mehdiyevanın iddiasına görə, gəlini (artıq rəsmi boşanma olub-red.) Aytən Adıgözəlova və həyat yoldaşı Namiq Mehdiyev arasında ər arvad münasibətləri olub. Qadının iddiasını oğlu Firudin Mehdiyev də təsdiqləyib.
 

 F.Mehdiyev bildirib ki, həyat yoldaşı və atası Namiq Mehdiyev bir neçə il ər-arvad münasibətində olublar. Səslənən iddia mətbuatda və social şəbəkələrdə böyük rezonansa səbəb olub.

“Ölkə.Az” hər iki şəxsi sözügedən mövzuyla bağlı danışdırıb..

- Hüsniyyə xanım, hazırda harada yaşayırsınız?

- Hazırda Bakıda bacımın köhnə evində yaşayırıq. On yeddi ildir ki, burada yaşayış yoxdur. Nüyüdü kəndindəki evimdən may ayında – o hadisənin üstü açılan gün çıxmışam. İndi bu evin bir otağını yüngülvari təmir etdirmişik, burada yaşayırıq.

- Oğlunuz da sizinlədirmi, nə işlə məşğuldur?

-Səhhətindəki problemlərə görə təqaüd alır, arabir da küçə ticarətiylə məşğul olur. Yalan danışmağın adı yoxdur. Firudinin öz canı üçün həftəyə 15-20 manat güclə  qazanır. 

-Firudindən başqa övladınız varmı?

-Üç qızım var, Firudin yeganə oğlumdur. 

-Bu məsələdən sonra qızlarınızın ailəsində problem olmadı ki?

-Niyə olmur, bala? Azərbaycan millətiyik də, hərdən üzlərinə danlaq gəlir, amma şükür ki, hər üçü öz evlərindədir. Qızlarımın birinin dörd, birinin üç, digərinin iki uşağı var.

- Firudinin övladların indi hardadır?

-Anaları həmin gün götürüb apardılar.

-Keçmiş gəlininiz keçmiş həyat yoldaşınızla birlikdədir?

-Xeyr, elə həmin gün çıxdı getdi anasıgilə. Kişi indi evdə tək yaşayır.

- Kənd camaatının ona qarşı münasibəti necədir? Ümumiyyətlə kəndlə əlaqəniz varmı?

- Kənddə heç kim heç kimin işinə qarışmır. 

- May ayından sonra həyat yoldaşınızla danışmısınızmı?

- Xeyr, danışmamışıq. Sadəcə “Tofaş” markalı maşınımız satılmışdı, onun pulunu böldük. Çünki mənim də adıma kreditlər var idi, onun da. Üç il əvvəl kredit götürüb evin dam örtüyünü dəyişmişdik.

- Aytən Adıgözəlovayla əvvəlcədən qohumluq əlaqələriniz olub?

- Xeyr, biz Nüyüdü kəndindənik, onlar isə Sabir qəsəbəsindən. 

- Oğlunuz övladlarından imtina edir?

- Biz dəqiq bilmirik ki, o uşaqlar oğlumundur, yoxsa həyat yoldaşımın. Çünki gəlin dedi ki, bizim evə gəlin gələndən üç ay sonra həyat yoldaşımla ər-arvad münasibəti olub. İndi mən nə bilim ki, uşaqlar kimdəndir. Ona görə də uşaqlardan da iyrənmişəm.

- Firudin bəy, adətən kənd yerlərində qohum evlilikləri çox olur. Siz Aytən Adıgözəlovayla harada tanış olmuşdunuz?

- Atamın...(duruxur) Ata da deyirəm e, bağışlayın. O kişinin iş yoldaşının qohumudur. 

- Bildiyim qədər səhhətinizdə bir az narahatlığınız var. Keçmiş həyat yoldaşınızın sağlıq durumunda hansısa problem var idimi?

- Yox, sağlamlığında problem yoxdur.

- Sizin iddianıza görə Aytən Adıgözəlova evliliyinizdən 3 ay sonra sizə atanızla xəyanət edirmiş. Evliliyinizin ilk illərində münasibətləriniz necə idi?

-2012-ci ildə ailə qurmuşuq və əvvəldən aramız soyuq olub. 

- Bəs nədən bildiniz ki, atanızla həyat yoldaşınızın arasındakı münasibətlər normal deyil?

- Anam Bakıda xəstəxanada olanda həyat yoldaşım dedi ki, mən gedib atamın yanında yatıram.

- Aytən Adıgözəlova Namiq Mehdiyevə ata deyə müraciət edirdi?

- Bəli. Sonra güddüm ki, birlikdədirlər. Səs-küy saldım, babamgil gəldilər.

- Həmin vaxt Aytən Adıgözəlovanı ailəsindən kimsə sizə gəldimi?

- Anası gəldi götürdü apardı. Mənə dedilər ki, sən dəli olmusan, yuxu görmüsən. 

- Ümumiyyətlə onların çox mehriban olduğu hiss edilirdi?

-2014-cü ildən Aytənlə münasibətlərimiz qiyabi idi. Məni özünə yaxın buraxmırdı. 

- Geyim-keciminə iradınız olurdu?

- Dəfələrlə bu cür iradlarım olub. Kişi evə gələn kimi həyat yoldaşım bəzənib-düzənirdi. Ona geyimlər alıb gətirirdi. Deyirdim ki, bu geyimləri geyinmə. Atam deyirdi ki, iş yoldaşım filankəsin də gəlini geyinir, eybi yox. Belə şeylərin üstündə evdə qırğın düşürdü. Deyirdim ki, onun əri qəbul edir, mən qəbul etmirəm. Dəfələrlə intihar etmək istəmişəm.

- Rəsmi nikahınız var idimi?

- Bəli…Dəfələrlə həyat yoldaşımla atamı güdmək üçün telefonun səsyazanını qoşub evdən çıxmışam, gəlib görmüşəm ki, telefonumu vurub sındırıblar. Hətta atam da məni döymüşdü. Həmişə bir-birinin geyiminə baxırdılar, məsləhət verirdilər.

- Aytən Adıgözəlovayla bağlı iddianız var ki, atanızla ər-arvad münasibətində olublar. Bu barədə sübutunuz varmı?

-Özü dedi ki, evlənəndən üç ay sonar bir yerdə olmuşuq.

- Övladlarınızdan da imtina edirsiniz?

- -Bu söhbətdən sonar mən onlara necə yaxın durum? Bəlkə, heç uşaqlar da mənim deyil.

- Əgər DNK analiziylə sübut olunsa?

- Yox e, istəmirəm. 

- Uşaqlarınızın neçə yaşı var?

- İki oğlandır, biri birdə, digəri ikinci sinifdə oxuyur. 

-Bildirdiniz ki, açıq-saçıq geyimlərə marağı var idi. Evlənməmişdən əvvəl də belə geyinirdi?
- Əvvəl nə deyirdimsə elə geyinirdi, sonradan oldu…Mən onları tutanda ikisi də tamamilə paltarsız idi. Dedilər ki, qorxmusan, məni mollaya apardılar. 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər
Səfərbərlik xidmətinin həbs edilən əməkdaşından XƏBƏR VAR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər