Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43049
az

Üç tələbənin öldüyü qəzanın ŞOK SƏBƏBLƏRİ- ANBAAN VİDEO

22:3630 Noyabr, 2020
1458
  • A

Baş Dövlət Yol polisi İdarəsi noyabırın 30-da paytaxtın Xətai rayonu ərazisində 3 nəfərin ölümü və 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

İdarənin şöbə rəisi, mayor Namidan Piriyev bildirib ki, gecə saat 00:47 radələrində baş verən qəza zamanı sürücü Yasamal rayon sakini 1999-cu il təvəllüdlü oğlu Məmmədov Tuncay Aslan oğlu havanın yağışlı və yol örtüyünün yaş olmasını nəzərə almadan özünə məxsus “BMW” markalı, 99-SS-459 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olduğundan idarəetməni itirib. Nəticədə avtomobil səkiyə doğru sürüşərək bordürə və yolun kənarındakı obyektə çırpıldıqdan sonra aşıb.

Qəza nəticəsində Azərbaycan Tibb univerisitetinin 5-ci kurs tələbələri, FHN-nin modul tipli hospitalında tibb qardaşları və tibb bacısı işləyən sürücü T.A.Məmmədov, avtomobildə olan sərnişinlər Ağcabədi rayon sakini 1998-ci il təvəllüdlü Məmmədova Yeganə Tarif qızı və Qəbələ rayon sakini 1999-cu il təvəllüdlü Mustafazadə Sahil Mehman oğlu aldıqları xəsarətdən həlak olub, İsmayıllı rayon sakini 1999-cu il təvəllüdlü Ağamirzəyev İlkin Hikmət oğlu isə ağır xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Yol-nəqliyyat hadisəsi ilə bağlı qeydə alınmış videogörüntülərə ilkin baxış keçirilərkən həmin avtomobilin yüksək sürətlə hərəkət etməsi və hərəkət sürətinin yol və meteoroloji şəraitə uyğun seçilməməsi müşahidə olunub. Zərbə nəticəsində sərnişin Y.Məmmədovanın nəqliyyat vasitəsindən 18 metr kənara atılmaqla 3 nəfərin həlak olması deməyə əsas verir ki, avtomobildə olan sürücü və sərnişinlərdən heç birinin təhlükəsizlik kəməri bağlı olmayıb. Məhz bu amillər də qəzanın ağırlıq dərəcəsinin daha yüksək olmasına təsir edib.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO
Bərdədə qadın qohumu tərəfindən bıçaqlandı
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO