Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42976
az

Dieqo Maradonanın həkiminə qarşı cinayət işi açıldı

10:5830 Noyabr, 2020
370
KRİMİNAL
  • A

Argentina prokurorluğu əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı onun şəxsi həkimi barəsində ittiham irəli sürüb.

Oxu24.com  "Todo Noticias" telekanalına istinadən xəbər verir ki, Leopoldo Luke adam öldürmə və xəstəyə kömək göstərməməkdə şübhəli bilinir. Ona qarşı istintaq, Maradonanın qızlarının həkimin hərəkətlərini şübhə altına alan ifadələri əsasında başladılıb.

Məhkəmə Lukanın evində axtarış aparılmasına icazə verib. Əməliyyatlar zamanı Maradonanın xəstəlik tarixcəsi ələ keçirilib.

Bundan əvvəl əfsanəvi yarımmüdafiəçinin vəkili Matias Morla Maradonaya vaxtında təcili tibbi yardım göstərilməməsindən şübhələndiyi üçün ölüm hadisəsi ilə bağlı istintaq aparmaq istəyini ifadə edib.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO
Bakıda 2600 manatlıq antik samovar oğurlandı - FOTO
Bakıda 3 qadına xəsarət yetirən şəxs tutuldu

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO