Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39044
az

İntihar edən Naidə İsayevanın atası və qardaşı ŞOK FAKTLAR AÇIQLADILAR

15:1118 Sentyabr, 2020
521
  • A

Nərimanov rayonu ərazisində intihar edən ibtidai sinif müəllimi Naidə İsayevanın haqqında deyilənlər həqiqəti əks etdirmir.

Bu barədə Naidə İsayevanın atası, Qarabağ qazisi Namiq İsayev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, qızı sakit, tərbiyəli və ailəyə bağlı biri olub. Məktəbdə də onun xətrini çox istəyiblər.

“İndicə prokurorluqdan çıxdıq. Baş verənləri danışdıq. Sosial şəbəkələrdə ağıllarına gələni yazırlar. Onun adından başqa-başqa şeylər paylaşıblar. Ailədə də heç bir problem olmayıb”, - deyə Namiq İsayev bildirib.

Əslində nə baş verib?

Naidə İsayevanın qardaşı Nazim İsayev BAKU.WS-ə açıqlamasında bildirib ki, bacısının adından səhifə açıblar və onu dəfələrlə narahat ediblər.

“Mən onsuz da ağrı yaşayıram, istəmirəm, ikinci ağrı yaşayım. Onun adından səhifə açıblar. Naidənin məktəbdən çəkilən şəklini qoyublar, yazıblar ki, “sosial mediada səni rəzil” edəcəyəm. Dəfələrlə belə şeylər olub. Evdə də heç nə bildirmirdi. İçinə salırdı.

İntim məsələsi haradan çıxdı, bilmirəm. Bu bizim üçün ikinci zərbədir. Bunları hardan çıxarıblar? Bu, şeyləri yığışdırmaq lazımdır.

Bu dağ mənim üstümdədir. Özünüzü mənim yerimə qoyun, danışın. İndi çalışırlar ki, onun adından səhifə açan adamı tapsınlar. Bütün müəllimə yoldaşları onun başına and içirdilər. Arzuları vardı”, - deyə Nazim İsayev bildirib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı