Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38976
az

Bakıda əməliyyat: Qoyun oğruları tutuldu

10:4516 Sentyabr, 2020
408
  • A

Xəzər Rayon Polis İdarəsi və 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda Binə qəsəbəsində fərdi təsərrüfatlardan xırdabuynuzlu heyvan və ev quşları oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a  verilən məlumata görə,  keçirilən əməliyyat nəticəsində Xəzər rayon sakinləri, əvvəl məhkum olunmuş Bəhlul Allahverdiyev və Nofəl  Fərəcov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların 7 evdən ümumilikdə 80 başa yaxın qoyun-quzu oğurladıqları məlum olub. Saxlanılan şəxslər ifadələrində törətdikləri qanun pozuntularını etiraf ediblər.

Qeyd edək ki, dəstə üzvləri tərəfindən oğurlanan xırda buynuzlu heyvanlardan bir qismi polis əməkdaşları tərəfindən onların yaşadıqları ünvanlardan aşkar edilərək sahiblərinə geri qaytarılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.  Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi