Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38716
az

Lənkərandan acı xəbər: Ölən və yaralılar var

11:4309 Sentyabr, 2020
1035
KRİMİNAL
  • A

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi olub. 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza hadisəsi Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində baş verib. Günəhir kənd sakini, 1978-ci il təvəllüdlü Asif Fərəcovun idarə etdiyi 99-JR-725 dövlət qeydiyyat nömrəli "Ford" markalı yük avtomobili ilə İstisu kənd sakini, 1986-cı il təvəllüdlü Mais Kəlbiyevin idarə etdiyi 42-CN-713 qeydiyyat nömrəli "VAZ 2107" markalı avtomobil toqquşub.

Minik maşınında olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan biri, 1979-cu il təvəllüdlü Mahir Əhmədov yolda dünyasını dəyişib.

Digər xəsarət alanlar - 1947-ci il təvəllüdlü Güldərən Əhmədova, 1968-ci il təvəllüdlü Sevil Abdullayeva və 2014-cü il təvəllüdlü Hüseyn Mahir oğlu Əhmədzadə Travmatologiya şöbəsinə, sürücü Mais Rəcəbəli oğlu Kəlbiyev isə Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO
Bakıda 2600 manatlıq antik samovar oğurlandı - FOTO
Bakıda 3 qadına xəsarət yetirən şəxs tutuldu

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO