Silikon vasitəsi ilə arxasını böyütdürmək istəyən qadın əməliyyat zamanı ölüb.
OXU24.COM xarici mətbuata istinadla xəbər verir ki, qadını Nyu-Yorkdakı evində əməliyyat edən britaniyalı "cərrah" onun ölümünə səbəb olduğuna görə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Donna Francis adlı ingilis "estetik cərrahı" Kelly Mayhev-ə 3 silikon vurub. Bu zaman Kellinin rəngi dəyişib.
Bu zaman Kellinin anası Donnadan kömək istəyib. Onlar təcili yardım çağırıblar. Həkimlər Kellinin öldüyünü söyləyiblər.
Hadisə ilə bağlı cinayət işi açılıb. Donna həbs edilib.
Oxu24.com
ŞƏRHLƏR