Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3744
az

Əxlaqsız təklifə görə qayınanasını öldürənə ağır cəza

15:1817 İyul, 2018
1025
KRİMİNAL
  • A
Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdaş rayon sakini Cavad İbrahimovun (1983-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.

Oxu24.com -un  məlumatına görə, bu il yanvarın 11-də Yasamal RPİ 28-ci polis bölməsinin əməkdaşları “Qanlı göl” yaşayış massivinin ərazisində Nigar Namazovanın (1958-ci il təv.) meyitini aşkar ediblər.

Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Lakin iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilib ki, qadına zərbələr kənar şəxs tərəfindən yetirilib.

Qadının eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni tərəfindən öldürüldüyü məlum olub. Nəticədə Cavad İbrahimov saxlanılıb.

İş üzrə dindirilmiş şəxs qayınanasını əxlaqsız təklifə görə qətlə yetirdiyini bildirib:

“Qayınanam mənə təklif etdi ki, onunla sevişim. Mən də buna görə onu döydüm, lakin öldürmək niyyətim yox idi”.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evlənmək istəmədiyini deyən özündən 10 yaş kiçik sevgilisini öldürdü - Təfərrüat
Daha tez-tez yerkökü və pomidor yeyin

20 yaşlı gənci maşın vurdu

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü