Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dənizdən kişi meyiti tapıldı

KRİMİNAL

1022

14.07.2018, 18:37

\"\" Bakıda dənizdə batan 31 yaşlı kişinin meyiti tapılıb Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Bizimyol.info-ya verilən məlumata görə, iyulun 13-də Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Məmmədov Ruslan Namiq oğlunun axtarışları başa çatıb. R.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.