Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3541
az

Qubada hoteldə kanatın qırılması ilə bağlı TƏFƏRRÜAT məlum oldu

15:4810 İyul, 2018
917
KRİMİNAL
  • A
 Qubada hoteldə kanat xəttinin qırılmasının təfərrüatları məlum olub.

Oxu24.com xəbər verir ki, hotelə məxsus kanat xətti bu il iyunun 23-də təmirə bağlanıbmış. Həmin vaxtdan Rusiyanın "SCADA stroy" montaj şirkəti kanat yolunda profilaktik təmir işlərinə başlayıb.

İyulun 9-da şirkətin iş icraçısı, 1959-cu il təvəllüdlü, Qazaxıstan vətəndaşı Nikolay Nikolayeviç Likvinenko və onunla birlikdə işləyən 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu, 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu və 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu tərəfindən kanat xəttinin təmiri davam etdirilərkən, xəttin bərkidildiyi dəmir tros qırılaraq R.İsayev, R.Əliməmmədov və R.Həsənova dəyib.

Hadisə nəticəsində R.İsayevin sağ alın nayihəsi, burun və sağ bazu sümüyü sıyrılıb, sağ bud sümüyü sınıb. Hadisə zamanı R. Həsənovun sol baldır nayihəsi sıyrılıb, R. Əliməmmədovun isə sol kürək sümüyü sınıb.

Yaralılar dərhal Quba rayon Mərkəzi Xəstəxanasına aparılsa da, Rüzgar İsyev aldığı xəsarətlərdən yolda dünyasını dəyişib, digər iki yaralı isə xəstəxanaya yerləşdirilib.

Məlumatda qeyd edilib ki, kanat xətti hotelin istirahət ərazisindən kənarda olduğundan hadisə nəticəsində turistlərdən xəsarət alan olmayıb.

R.Həsənova ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü
Qaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ