Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3536
az

DTX Suriyaya gedən azərbaycanlıların sayı açıqladı

14:0210 İyul, 2018
916
KRİMİNAL
  • A
 Suriyaya - münaqişə bölgəsinə gedən Azərbaycan vətəndaşlarının sayı min nəfərdən çox olub.

Oxu24.com  xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov bildirib.

S. Mahmudov deyib ki, Şimali Qafqazdakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan və Pakistana getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyadakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub:

“Bu, nəyin nəticəsində baş verib? Təbii ki, reklamın. Hər bir münaqişənin ekstremistlərə məxsus kütləvi informasiya vasitələrində, internet saytlarında, eyni zamanda, sosial şəbəkələrdə aparılan süni təbliğatı buna təsir etdi. Niyə Suriyadakı hadisələrə qoşulan çox oldu? Çünki bu hadisələrin təbliğatına daha çox önəm verildi, daha çox vəsait ayrıldı.

Təbii ki, bütün bu proseslər DTX tərəfindən ciddi nəzarətə götürülür. Bunların qarşısının alınması üçün tərəfimizdən tədbirlər həyata keçirilir. Nəticədə bu gün Azərbaycanda dini radikalizm prosesinin qarşısı alınır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ
İki qardaşdan biri öldü, digəri yaralandı - Şamaxıda bıçaqlanma
Vardanyanın məhkəməsi başlayır

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu