Qəbələ rayonunda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən İlham Abdurzakovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Oxu24.com-un xəbərinə görə, Qəbələ rayon Məhkəməsində hakim Fehruz Abbasovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını açıqlayıb.
İttihama görə, İlham Abdurzakov gəlir əldə etmək məqsədilə əxlaqsız yuvası təşkil edib. O, həmin əxlaqsızlıq yuvasında qadınları kişi müştərilərlə görüşdürərək, pul qazanıb.
Müəyyən olunub ki, İlham Abdurzakov cinayət işində adı keçən iki qadına kişi müştərilər təşkil edib.
Bunun müqabilində həmin müştərilərdən 50 manat alıb. Hər qadına müştərilərlə görüşməsi üçün 15 manat verib, qalan pulu isə özünə götürüb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində İlham Abdurzakov həbs olunub.
İstintaq orqanı tərəfindən İlham Abdurzakovun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən İlham Abdurzakov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Daha sonra cinayət işində adı keçən zərərçəkmiş qadınlar ifadə verib.
Oxu24.com
ŞƏRHLƏR