Quba rayonunda bədbəxt hadisə baş verib.
Femida.az-ın verdiyi məlumata görə, “Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.
Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR