Bakının Qaradağ rayonunda qadını intim video və fotoları ilə şantaj edən Miryusif Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.
Publika.az-ın xəbərinə görə, istintaq orqanı Miryusif Məmmədovun barəsində əlavə istintaq hərəkətlərinin aparılması üçün onun barəsində olan cinayət işi üzrə istintaqın və həbs qətimkan tədbirinin uzadılması üçün Qaradağ rayon Məhkəməsinə təqdimat göndərib.
Hakim Fuad Hüseynovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanını təqdimatı təmin edilib və Miryusif Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay müddətinə uzadılması barədə qərar qəbul edilib.
İttihama görə, bu ilin martın 9-da Bakı şəhər sakini Əfsanə Babayeva (ad və soyad şərti verilib – red.) Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə ərizə ilə müraciət edib.
O, qeyd edib ki, 2017-ci ilin martından cari il martın 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.
Miryusif Məmmədov ondan 5140 manat və 4000 ABŞ dollarını alıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Miryusif Məmmədov həbs edilib.
Müəyyən edilib ki, Miryusif Məmmədov Əfsanə ilə sosial şəbəkələrdən birində tanış olub.
Sonradan Miryusif ilə Əfsanənin münasibətləri istiləşib. Onlar əvvəlcə bir-birlərinə intim şəkillərini göndəriblər.
Sonra görüntülü danışmağa başlayıblar. Bu zaman Miryusif Əfsanənin intim hərəkətlərini videoya çəkib.
Bundan sonra Miryusif Məmmədov onu şantaj etməyə başlayıb. Evli olan qadın Miryusifə hissə-hissə pul verməyə başlayıb.
Miryusif Əfsanədən ümumilikdə 5140 manat və 4000 ABŞ dolları almasına baxmayaraq, şantajlarını davam etdirib.
Bundan sonra Əfsanə hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur olub.
İstintaq orqanı tərəfindən Miryusif Məmmədovun barəsində Cinayət Məcəlləsinin 82.2.2; 178.2.4; 178.2.2; maddələri ilə ittiham elan edib.
Bu ilin martında Qaradağ rayon Məhkəməsinin qərarı ilə Miryusif Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Hazırda istintaq hərəkətləri davam etdirilir. Oxu24.com
ŞƏRHLƏR