Qaynar xətt:

(+99450) 247 90 86

Xəzərdə batan 3 nəfərdən ikisinin meyiti tapıldı

KRİMİNAL

1045

06.07.2018, 20:45

\"\" 20:23 Bakı şəhərinin Sabunçu rayonunda dənizdə iki naməlu kişi meyiti tapılıb. OXU24.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ən yaxın xilasetmə məntəqəsindən təxminən 1-1,5 km aralı, nəzarətsiz ərazidə çimərkən batdığı bildirilən 3 nəfərin axtarışları ilə əlaqədar aparılan əməliyyat nəticəsində təxminən 20-25 yaşlarında iki naməlum kişi meyiti aşkarlanıb. Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Şəxsiyyətləri dəqiqləşdirilir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən axtarış tədbirləri davam etdirilir. --------- 18:50 Xəzərdə 3 nəfər batıb. OXU24.COM-Un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 3 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.