Tailandın Phuket adasının cənubundə və cənub-qərbində bir günə iki turist qayığı aşıb.
Həmin qayıqlarda ümumilikdə 130-dan çox turistin olduğu bildirilir. Son məlumatlara görə, 90 nəfəri xilas etmək mümkün olub.
Hazırda bölgədə hərbçilərin də iştirakı ilə axtarış-xilasetmə işlər aparılır. Güclü külək və dalğaların axtarışlara mane olduğu bildirilir.
Son məlumata görə, azı 7 nəfər itkin düşmüş hesab edilir. Oxu24.com
ŞƏRHLƏR