Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33653
az

Korrupsiya İdarəsindən əməliyyat — Vəzifəli şəxs həbs edildi

19:5222 İyun, 2020
556
KRİMİNAL
  • A

Azərbaycanda vəzifəsinin icrası ilə əlaqədar rüşvət verməkdə və digər ağır cinayətlərdə ittiham olunan şəxs həbs edilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əhmədov Murad Fərhad oğlu Baş Prokuror yanında Korrupsiya İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.


Onun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 312.1-ci (rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham elan edilib.


İttihama görə, Murad Əhmədov vəzifəsinin icrası ilə əlaqədar rüşvət tələb etməkdə, daha yüksək vəzifəli şəxsə rüşvət verməkdə, çoxsaylı dələduzluq etməkdə ittiham olunur.


İstintaq davam edir .

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub
Vüsal Həşimov həbs olunub
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub