Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33594
az

Bakı sakini 3 manata görə tanışını döyərək öldürüb - Dəhşətli qətlin TƏFƏRRÜATI

00:2722 İyun, 2020
678
KRİMİNAL
  • A

Nərimanov rayonunda tanışını döyərək qətlə yetirməkdə təqsirli bilinən Elman Məhərrəmovun cinayət işi.

Oxu24.com xəbər verir ki, hadisə "Bakı Metropoliteni"nin "28 May" stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi 2 ünvanında baş verib.

Həmin yerdə yerləşən tikilidə Lənkəran rayonunun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Müşfiq Firdovsi oğlu Əliyevin meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlərin olduğu müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, M.Əliyevi 1965-ci il təvəllüdlü Məhərrəmov Elman Əli oğlu qətlə yetirib. E.Məhərrəmov M.Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub.

İstintaqla müəyyən olunub ki, Elman Məhərrəmov bir neçə tanışı ilə birlikdə Təbriz küçəsindəki dayanacağın arxa hissəsində spritli içki qəbul eləyib yatıblar. Səhər saat 6 radələrində Ramin Həsənov Elmanı yuxudan oyadaraq Müşfiqin onun arxa cibini kəsib 3 manat pulunu götürdüyünü bildirib.

Bu zaman Elmanla Müşviq arasında mübahisə yaranıb. Müşviq pulu götürmədiyini desə də Elman onun yaxsından tutub kəllə ilə baş nahiyyəsinə, daha sonra isə yumruqla sifətinə zərbələr vurub.

Yerə yıxılandan sonra isə təpiklə üzünə bir neçə zərbə vuraraq Müşviq Əliyevi qəsdən həyatdan məhrum ediblər. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı