Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3180
az

İnsan alveri haqqında tədbirə start verildi

12:1126 İyun, 2018
1157
  • A
 “Sivilizasiya” Monitorinq və Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alveri haqqında məlumatlılığın artırılması və bu prosesin qurbanlarına hüquqi yardımın göstərilməsi” layihəsinin icrasına start verib.
 
Oxu24.com -un  məlumatına görə, layihənin əsas ideyası Azərbaycanda əhali arasında insan alveri haqqında maarifləndirməni artırmaq, insan alverinə qarşı mübarizə haqqında qanunvericilik sahəsində əhaliyə informasiya verilməsi və insan alveri qurbanlarına hüquqi yardım göstərilməsi, potensial qurbanlara məsləhətlər verilməsi yolu ilə gələcəkdə insan alveri hallarının qarşısını almaqdan ibarətdir.
 
Dünya miqyasında trаnsmilli mütəşəkkil cinаyətkаrlığın və qаnunsuz miqrаsiyаnın qlоbаl хаrаktеr аlmаsı, ucuz işçi qüvvəsinin külli miqdаrdа gəlir gətirməsi, gеndеr bərаbərliyinin pоzulmаsı, məişət zоrаkılığı və digər bu kimi hallar nəticəsində hər il bütövlükdə 20 milyondan artıq şəxs insan alverinin qurbanınа çеvrilir ki, bu da layihənin böyük aktuallıq kəsb etdiyini sübut edir.
 
Layihə çərçivəsində görüləcək işlər təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq həyata keçiriləcək, aidiyyəti qurumlarla əlaqələr qurulacaq, əhali arasında marifləndirici tədbirlər təşkil ediləcək.
 
Layihənin gedişatı haqqında mütəmadi olaraq mətbuat vasitəsilə ictimaiyyətə məlumat veriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5 otaqlı evdə yanğın oldu
Şokolad oğurlayan qızını dəmirlə döydü, hamilə arvadını... - İNANILMAZ QƏTL
ABŞ-da xüsusi təlim keçmişdi: Terror təşkilatının kritik adı MİT tərəfindən belə zərərsizləşdirildi - Anbaan VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı